Hindistanda yeni "Qırmızı köynəkli qadınlar" cərəyanı Hindistanda yeni "Qırmızı köynəkli qadınlar" cərəyanı

Bu qadınlar onlara baxan kişiləri döyür

Hindistanda yeni "Qırmızı köynəkli qadınlar" cərəyanı




Hindistanda qadınlara qarşı zorakılığa eriraz olaraq yeni aksiya başlayıb. Belə ki, hindistanlı qadınlar qırmızı köynəklər geyinməklə küçədə onlara baxan kişiləri döyməyə başlayır. Ölkənin Daxili Işlər Nazirliyinin verdiyi məlumata görə, artıq "qırmızı köynəkli qadınlar" qrupunun 100-dən çox üzvü var.

Qrupunun üzvlərinin sözlərinə görə, onlar saylarını artırmağı və yaxın gələcəkdə ölkənin bir neçə şəhərində məktəblər açmağı planlaşdırırlar.
İlkin məlumata görə, təşkilat Amerikanın qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşirlər.

Məlumat üçün bildirək ki, Hindistan son illər ölkədə qadınlara qarşı zorakılığın artıdığı ölkələr sırasındadır. Təkcə ötən il ölkədə 200-dən çox qadın gecə saatarında küçədə zorlanıblar.

Aynur Hüseynova
AzNews.az