Nalbandyan: “Heç kim səbrli deyil”

Ermənistan xarici işlər naziri Edvard Nalbadyan dünənki çıxışında Ermənistanın xarici təşkilatlarla olan münasibətindən danışıb.


57 ölkə nümayəndəsinin iştirak etdiyi konfransda Edvard Nalbadyan əməkdaşlığın və birliyin qarşılıqlı olacağı təqdirdə hər hansı uğura imza atmağın mümkünlüyü barədə danışıb.

"2004-cü ildən etibarən Ermənistanın ATƏT-lə əməkdaşlığı daha da artıb. Bu özünü müxtəlif sahələrdə də göstərib. "Biz həm də insan alverinə və terrorizmlə mübarizə istiqamətində bir sıra mühüm addımlar atmışıq",-deyə nazir çıxışında bildirib.

Onun sözlərinə görə, bütün cəmiyyətlərin ancaq bir problemi var-bu da səbirsizlik və dözümsüzlükdür. "Heç kim səbirli deyil, hər kəs müqavilə imzalanan kimi hansısa nəticələr görmək istəyir. Ancaq bu belə deyil. Hər şey zamanla həll olunmalıdır".

Aynur Hüseynova
AzNews.az