Fransalı jurnalistlər Suriyada itkin düşüb

Reportaj hazırlamaq üçün Suriyada olan "Evropa 1" radiosunun jurnalisti Dide Fransua və fotomuxbir Eduard Elyas itkin düşüblər.

Radio əməkdaşlarının Frans-Press agedliyinə verdiyio məlumata görə, bir sutkadan artıqdır, onlardan heç bir məlumat yoxdur. "Les Echos" qəzetinin yazdığına görə, iyunun 6-da jurnalistləri 4 nəfər əli silahlı adam avtomobilə basaraq aparıb. Onlarla bərabər sürücüləri də tutulub və o sonradan sərbəst buraxılıb.

Fransa artıq baş verən olayla bağlı Suriya hökumətini rəsmən məlumatlandırıb. Fransa prezdenti Fransua Olland jurnalistlərin dərhal azad olunmasını tələb edib.

Elman
AzNews.az