05:37
(077) 610-22-33

Putin ona görə boşandı- Qərb mətbuatı

  • >
711 7 İyun 2013 14:54 | Dünya

"The Washington Post" Rusiya liderinin boşanmasına daha tikanlı şərhlər verib



Rusiya Federasiyasının prezidenti Vladimir Putinin həyat yoldaşı Lüdmila ilə boşanması xəbəri bü gün Qərb mətbuatında geniş müzakirəyə səbəb olub. ANS PRESS-in məlumatına görə, nəşrlər Putinin və həyat yoldaşının münasibətlərinin başa çatmasına müxtəlif şərhlər verib. Lakin hər biri nikahın dağılmasını analiz edərkən Putinin baş nazir olduğu vaxtlarda belə Lüdmilanın ərinin yanında nadir hallarda göründüyünü xüsusilə vurğulayıb.

Amerikanın "The New York Times" qəzeti Putinlərin boşanmasının dəqiqliklə hazırlandığını, ancaq yenə də qəribə olduğunu yazır.

"The Washington Post" Rusiya liderinin boşanmasına daha tikanlı şərhlər verib.

Nüfuzlu "The Los Angeles Times" qəzeti Putinlərin boşanmasına daha tənqidi yanaşıb. Məqalənin müəllifinin fikrincə nikahın dağılmasında Rusiya prezidenti günahkardır. Jurnalist Putinin arvadı ilə həmişə kobud davrandığını yazıb. Müəllif sübut kimi 2002-ci ildə çap olunmuş "Vladimir Putin: Hakimiyyətə yol" kitabından nümunə gətirib. Lüdmila kitabın müəllifi ilə söhbətində həyat yoldaşı ilə münasibətlərində çoxsaylı incikliklər səsləndirib.

Britaniyanın "The Guardian" Vladimir Putinin boşanması səbəblərini göstərərkən Rusiya prezidentinin başqa qadınlarla əlaqəsini qeyd edib. Bunların arasında keçmiş gimnast Alina Kabayevanın adı daha çox hallanır.

"London Times" qəzeti Putinin həyat yoldaşından neçə illər bundan əvvəl ayrıldığını, Lyudmilanın artıq 3 ildir ki, nişan üzüyünü barmağından çıxartdığını yazıb.

Daha konservativ "Daily Mail" qəzeti boşanmanın Rusiya üçün adi hal olduğunu vurğulayıb. Qəzet Putinin başqa qadınlarla əlaqəsinə az toxunsa da, Rusiya liderinin ürəyinə namizədlər sırasında keçmiş agent və teleaparıcı Anna Çapmanın adını hallandırıb.

"Daily Telegraph" qəzeti prezidentin şəxsi həyatını analiz edərkən. Putinin vaxtının çoxunu Estoniya sərhədi yaxınlığında yerləşən 1 milyon funtluq iqamətgahında keçirdiyini yazıb. Bundan əlavə nəşr Putinin yeni daması qismində А. Kabayevanı gördüyünü bildirib. Müəllif bununla yanaşı Rusiya lideri ilə keçmiş gimnastın romanlarını və Kabayevanın Putindən uşaq dünyaya gətirdiyini təkzib etdiklərini qey edib.

"International Herald Tribune" isə Vladimir Putinin bu addımını Rusiyada son 3 əsrin hadisəsi kimi dəyərləndirib. Məqalədə yazılıb ki, Putin 1698-ci ildə həyat yoldaşından boşanan I Pyotrdan sonra Rusiyada bu addımı atan ilk dövlət başçısıdır.

Fransız nəşrləri "Le Monde" və "Le Figaro" Putinlərin boşanmasına son dərəcə təmkinlə yanaşıb. Qəzetlər "России-24"ün yayımı ilə kifayətlənərək, "Moskovskiy korrespondent" qəzetinin 2008-ci ildə Vladimir Putinlə A.Kabayevanın romanını yazdığı üçün 2008-ci ildə bağlandığını xatırlatmaqla kifayətləniblər.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin Lyudmila ilə 28 iyul 1983-cü ildə evlənib. Bu bərabərlikdən iki qız övladları dünyaya gəlib. Mariya 1985-ci ildə, Yekaterina isə 1986-cı ildə anadan olublar.

Qeyd edək ki, Qərb mətbuatı Putinin şəxsi həyatını hər zaman nəzarətdə saxlayıb. Hələ bu ilin yanvarında Amerikanın "New York Post" qəzeti Rusiya prezidentinin sevgilisi kimi təqdim olunan gimnastika üzrə Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Alina Kabayevadan ikinci övladının dünyaya gəlməsi barədə xəbər yaymışdı. Qəzet Alina Kabayevanın Putindən 3 yaşlı oğlunun olduğunu da yazaraq, onların Soçidə Qara dəniz sahilindəki villada yaşadıqları bildirilmişdi. Hətta 2011-ci ildə Putinin Kabayeva ilə birgə yaşadıqları həmin evin videosunu internetə yerləşdirmişdi.



AzNews.az
Bağla X