09:14
(077) 610-22-33

Qarışqalar 65 min dolları yedi

  • >
600 8 İyun 2013 14:37 | Dünya

Qarışqalar çinli qadının var-dövlətini yeyiblər.

Quandun sakini olan qadının 65 min dollara yaxın (400 min yuan) pulu olub.

Qadın qarışqaların məhv etdiyi pulu banka aparıb.

Düzdür, bank həşaratların məhv etdiyi pulları yenisi ilə əvəz etsə də, çinlinin var-dövləti nə az nə çox, düz 6 dəfəyə qədər azalıb. Çünki bank ondan ancaq nisbətən yararlı olan əskinazları qəbul edib.

Nəticədə onun 400 min əvəzinə 60 min yuan pulu qalıb.

Qeyd edək ki, anoloji hadisə bir müddət öncə Hindistanda da baş vermişdi. Belə ki, bank əməkdaşı 225 min dollar pulu 3-4 ay yanmayan seyfdə saxlayıb.

Bu müddət ərzində o bir dəfə də olsun pullara baxmayıb. Seyfi açanda isə gözlərinə inanmayıb. Çünki əksinazların demək olar ki, hamısını həşaratlar yeyərək məhv etmişdilər.//anspress//

AzNews.az
Bağla X