Netanyahu ölkəsinin təhlükəsizliyini xarici qüvvələrə etibar edə bilməyəcəklərini bildirib Netanyahu ölkəsinin təhlükəsizliyini xarici qüvvələrə etibar edə bilməyəcəklərini bildirib

İsraildən rədd cavabı gəldi

Netanyahu ölkəsinin təhlükəsizliyini xarici qüvvələrə etibar edə bilməyəcəklərini bildirib



İsrail Suriya münaqişəsində öz təhlükəsizliyini beynəlxalq qüvvələrin ümidinə qoya bilməz. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu nazirlər kabinetinin həftəlik iclasında bəyan edib. Netanyahunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qolan yüksəkliklərində BMT-nin sülhməramlı missiyası kimi xidmət göstərən avstriyalı hərbçilərin əvəzinə, rusiyalı hərbçilərin cəlb edilməsini təklif edib.

"Həftə ərzində Rusiya prezidenti Putinlə telefonda Suriyanı müzakirə etdik. Orada vəziyyət hər ötən gün bir az da çətinləşir. Ötən həftə Qolan ərazisində öz sərhədlərimiz yaxınlığında döyüşlərin getdiyinə şahid olduq. Açılan atəş bizə tuşlanmadıqca, İsrail Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmir. Qolan yüksəkliklərində BMT-nin gücünün yetməməsi onu göstərir ki, İsrail öz təhlükəsizliyini beynəlxalq qüvvələrin ümidinə qoya bilməz. Onlar hazırlığın bir hissəsi ola bilər, amma heç vaxt İsrailin təhlükəsizliyinin əsası ola bilməz", - deyə o vurğulayıb.

AzNews.az