Suriyada Bəsər Əsədə qarşı vuruşan silahlılar 15 yaşlı uşağı edam edib. Edam valideynlərin gözü qarşısında həyata keçirilib. Aleppoda baş verən hadisə dünya mətbuatının diqqətini cəlb edib. Suriyada Bəsər Əsədə qarşı vuruşan silahlılar 15 yaşlı uşağı edam edib. Edam valideynlərin gözü qarşısında həyata keçirilib. Aleppoda baş verən hadisə dünya mətbuatının diqqətini cəlb edib.

15 yaşlı uşaq valideynlərinin gözü önündə edam edildi

Suriyada Bəsər Əsədə qarşı vuruşan silahlılar 15 yaşlı uşağı edam edib. Edam valideynlərin gözü qarşısında həyata keçirilib. Aleppoda baş verən hadisə dünya mətbuatının diqqətini cəlb edib.



"Syrian Observatory for Human Rights" təşkilatının məlumatına görə, qətli "Cəbhat ən-nusra" təşkilatının üzvləri törədib.

15 yaşlı Məhəmməd Kata Alepponun rayonlarından birində kofe satırmış. Deyilənə görə, o, iştirak etdiyi küçə davalarından birində bu ifadəni işlədib: "Əgər Məhəmməd peyğəmbər də gəlsə mən dindar olmayacağam".

Bu sözü eşidən silahlılar isə ona ölüm hökmü çıxarıblar. 15 yaşlı uşaq valideynlərinin gözü qarşısında güllələnib.

Elnarə
AzNews.az