65 qadını zorlayan manyak həbs edildi

Tatarıstan polisi 65 qadın və qıza təcavüz edən manyakı həbs edib.

Manyak qurbanlarının 10-28 yaş arasında qızlardan seçib. 2012-ci ilin iyunundan axtarışa verilən manak Kazanda ələ keçirilib. Onu görən sakinlərdən biri hüquq-mühafizə orqanlarına məlumat verib və onun təxminləri təsdiqlənib. Şutov soyadlı manyak dərhal həbs edilib.

Müəyyən olunub ki, manyak bütün qurbanlarına qarşı eyni üsuldan istifadə edib. Əvvəlcə onlarla liftə daxil olub, müxtəlif suallar verib, daha sonra isə ölümlə hədələyərək zorlayıb.

Bununla belı manyakın olduqca qorxaq olduğu da üzə çıxıb. Əgər qurbanı dərhal ucadan qışqırmağa və onu əlindəki hansısa əşya ilə vurmağa çalışıbsa, o, dərhal hadisə yerindən qaçıb.


Elnur
AzNews.az