Britaniya şahzadəsi Vilyam və Keyt Mideltonun doğulacaq körpəsi varislikdən məhrum ola bilər Britaniya şahzadəsi Vilyam və Keyt Mideltonun doğulacaq körpəsi varislikdən məhrum ola bilər

Doğulacaq körpə qız olacaqsa tacdan məhrum ediləcək – Məhkəmə çəkişməsi

Britaniya şahzadəsi Vilyam və Keyt Mideltonun doğulacaq körpəsi varislikdən məhrum ola bilər



Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Britaniya şahzadəsi Vilyam və Keyt Midoltonun qız uşağı doğularsa o varislikdən və kraliça adından məhrum olacaq. Hazırda bu barədə Kanada məhkəməsində müzakirələr aparılır.

Əgər Kanada məhkəməsi varisliklə bağlı qərarı qəbul etsə, o zaman doğulacaq körpə müvəqqəti olaraq şahzadə olacaq. Növbəti övladın oğlan doğulacağı halda şahzadə adının ona keçməsi və qızın varislikdən məhrum olacağı bildirilir.

Məlumat üçün deyək ki, 2011-ci ildə Britaniyanın baş naziri Devid Kamerunun da iştirak etdiyi "Şahzədələrin varislik qanunu" adlı konfransda qəbul edilən qərara əsasən, bundan sonra doğulacaq körpənin cinsindən asılı olamayarq varisliyin və şahzadə adının ona keçməsi haqqında qərar qəbul edilmişdi.

İndi qəbul edilən qərarın yenidən dəyişdirilməsi və müzakirələrə səbəb olması Keyt və Vilyam cütlüyünü narahat edir. Onların sözlərinə görə, Kanada məhkəməsinin qərarından asılı olmayaraq doğulacaq körpə şahzadə adını daşımalı və bu qərar dəyişməli deyil.

Aynur Hüseynova
AzNews.az