- Köhnə - Dünya
- 13 İyun 2013 07:28
- 2 087
Suriya erməniləri üçün Şuşada düşərgə yaradıldı
Bu il Amerikadakı Erməni Assosiasiyasının işğal olunmuş Şuşada açacağı yay düşərgəsində Suriya ermənilər də dincələcək.
Erməni mətbuatının məlumatına görə, 8-25 yaşlı şəxslər üçün nəzərdə tutulan yay düşərgəsində Suriyadan olan ermənilərin dincəlməsi onların müharibədə gördüklərini unutmağa yardım edəcək.
Bundan başqa işğal olunmuş torpaqlarda yaradılan daha bir düşərgədə Qarabağda məskunlaşdırılan 10-15 yaşlı 100 Suriyalı erməninin dincəlməsi üçün şərait yaradılıb.
Elnarə
AzNews.az