20:05
(077) 610-22-33

Çexiyanın baş naziri istefa verib

  • >
3 194 17 İyun 2013 20:16 | Dünya

Çexiya hökumətinin başçısı Petr Neças yaxın ətrafı ilə bağlı qalmaqalın fonunda ölkə prezidenti Miloş Zemana istefa ərizəsi ilə rəsmi müraciət edib.



APA-nın xəbərinə görə, bu barədə ÇTK agentliyi məlumat yayıb.

Konstitusiyaya əsasən, yeni hökumət formalaşanadək Neças baş nazir vəzifəsini icra edəcək.

Xatırladaq ki, ötən həftə Çexiyada 7 nəfərin həbsi ilə nəticələnmiş geniş miqyaslı polis əməliyyatı başa çatıb. Əsas ittiham olunan baş nazirin dəftərxanasına başçılıq edən Yana Naqiovadır. Naqiova Neçasın həyat yoldaşının izlənməsini təşkil etmiş hərbi kəşfiyyatın rəhbərliyinin qanunsuz fəaliyyətinə başçılıq edib. Bundan əlavə o iqtidar partiyasının əleyhdarı olan 3 deputata mandatdan imtinanın əvəzində dövlət şirkətində vəzifə verilməsini təşkil edib.

AzNews.az
Bağla X