21:22
(077) 610-22-33

Baş nazir : “Yataq geyimində işləyirəm“ - Etiraf

  • >
466 18 İyun 2013 12:50 | Dünya

Bu gün Britaniyanın baş naziri Devid Kamerun BBC-yə verdiyi açıqlamasında bildirib ki, o əksər hallarda yataq və ya ev geyimində işləməyə məcbur olur.


"Siz yaşadığınız evdə həmdə işləyirsiniz, ola bilərmi ki, rəsmi qərarları ev geyimində verəsiniz? " sualına nazir, "Çox olub. Mən yaşadığım evdə həm də işləyirəm. O qədər olub ki, yuxudan tez oyanmışam və lazımı bir iş olub əynimi belə dəyişmədən hansısa önəmli qonağı qeyri-rəsmi formada qəbul etmişəm. Artıq öyrəşmişəm belə hallara. Əvvəllər özümə də qəribə gəlirdi, indi isə yox", -deyə nazir cavab verib.

Kamerunun belə bir açıqlama verməsi onun ölkədəki nüfuzunu artırıb. Yerli sakinlərin sosial şəbəkələrdə yazdığı məlumata görə, onlar Kameruna daha çox rəğbət bəsləməyə başlayıblar.

Məlumat üçün deyək ki, Devid Kamerun belə etiraflar edən birinci lider deyil. Ondan öncə də Roma Papası Fransisk bəzən dini ayinləri oxuyarkən yuxuladığını etiraf etmişdi.

Aynur Hüseynova
AzNews.az
Bağla X