18:30
(077) 610-22-33

Həcc ziyarətində 2 ton qızıl paylayan sultan - FOTOSİLSİLƏ

  • >
717 22 İyun 2013 11:06 | Dünya

Dünyanın ən varlı insanlarından biri kimi tarixdə öz yerini qoruyub saxlayan Mali sultanı Kanku Musa Həcc ziyarəti zamanı 2 tona yaxın qızıl paylayıb.


Afrikada yaşayan Kanku Musanın adı tarixdə təkcə var-dövləti ilə yox, həm də Həcc ziyarəti zamanı etdikləri ilə yadda qalıb.

Kanku Musa 1307-ci ildə atasının ölümündən sonra Malidə sultan taxtına çıxıb. Malinin 400 şəhəri vardı, bu şəhərlərdən əldə edilən bütün gəlirlər sultan xəzinəsinə daxil olurdu.

Kanku Musa çox dindar olduğu üçün günlərini oruc tutmaqla keçirirdi. Hər gün bir köləni azad edirdi. Ömrünü islamı yaymaqla keçirən Kanku Musa istəmədən anasının ölümünə səbəb olmuşdu.

Çəkdiyi vicdan əzabından qurtulmaq üçün nə etməli olduğunu din xadimlərindən soruşanda ona Mədinəyə gedərək Həzrəti Peyğəmbərin (s) məzarını ziyarət etməyi məsləhət gördülər.

1324-cü ildə yola çıxan Mali sultanının yanında on minlərlə insan vardı. Sultan keçdiyi hər şəhərdə cümə günü bir məscid tikdirirdi. Sultanın karvanında 2 ton qızılı daşımaq üçün 40 qatır ayrılmışdı. Həcc yolunda apardığı 2 ton qızılı paylayan sultan geri qayıdanda qahirəli tacirlərdən borc almağa məcbur oldu. Ölkəsinə qayıtdıqdan sonra isə aldığı borcu artıqlaması ilə qaytarıb.

Bu hadisədən sonra Mali dünyanın diqqətini cəlb etdi. Avropa xəritələrində Mali əlində qızıl tutan sultan kimi təsvir edilirdi.
Kanku Musanın 1300-cü illərdə palçıqdan tikdirdiyi məscid hələ də qalır və dünyanın tarixi əsərlərindən biri hesab edilir.

Elnarə
AzNews.az
image description image description image description image description image description image description image description image description
Bağla X