16:21
(077) 610-22-33

Dünyanın ən qorxunc restoranı - FOTOLAR

  • >
958 22 İyun 2013 14:15 | Dünya

ABŞ-ın Nyu-York şəhərində yeni açılan bir restoran müştərilərin diqqətini çəkir.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Times" meydanını ziyarət edən turistlərin marağına səbəb olan qorxu filmi mövzulu restoranın adı tanınmış yazıçı Robert Luiz Stevensonun1886-cı ildə nəşr etdirdiyi "Doktor Cekill və Mister Hayd" romanından götürülüb.

Romanın yazıldığı dövrə görə dekorasiya edilmiş restoranda, qorxu filmlərində gördüyümüz 100-dən çox obraz var. Restoranın girişində müştəriləri çoxlu insan kəllələri qarşılayır. Qorxunc ab-havanın yaradılmasında işıq effektləri və musiqidən də istifadə olunur.

Restoranın 40-a yaxın işçisi də geyimləri ilə qorxu filmlərindəki obrazları xatırladırlar. Məkanın barında isə Drakulanın tabutu qoyulub.

"Doktor Cekill və Mister Hayd" romanında 4 nəfərlik bir ailənin axşam yeməyi təxminən 100 dollara başa gəlir.

AzNews.az
image description image description image description image description image description image description
Bağla X