Qadınların şərəfinə şağlıq demək qadağan olundu

Böyük Britaniyanın hərbi-dəniz qüvvələrində qulluq edənlər ənənəvi sağlıqlarından məhrum edilib.

Belə ki, dənizçilər bu vaxta qədər xanımlarının və sevgililərinin şərəfinə dedikləri sağlığı bundan sonra deyə bilməyəcəklər.

Hərbi-Dəniz Qüvvələrinin rəhbərliyi bu qərarı son 20 ildə qadınların hərbi-dəniz qüvvələrinə marağının artması ilə izah edib. Kişi dənizçilər həyat yoldaşı və ya sevgililərinin şəfərinə dedikləri sağlıq bundan sonra ailələrin şərəfinə söylənəcək.

Həmçinin cinslər arasında bərəbərliyi təmin etmək üçün indiyə qədər istifadə edilən "bizim kişilərin sağlığına" sözlərini də söyləmək qadağandır. Bunun əvəzində yeni "bizim dənişçilərin şərəfinə" sağlığı söylənəcək.

Elnarə
AzNews.az