07:07
(077) 610-22-33

Dəhşət! Kanalizasiyadan iki günlük körpə çıxdı

  • >
592 24 İyun 2013 20:20 | Dünya

Uşaq 40 saat yaşam savaşı verib

Kanalizasiya borusundan iki günlük körpə çıxarılıb.

"Daily Mail"in məlumatına görə, tükürpədici hadisə İspaniyada qeydə alınıb.

Alisente şəhərindəki kanalizasiya borusuna atılan uşaq 40 saat yaşam savaşı verib. Onun tapılmasına isə bir qadının xilasedicilərə müraciət etməsi səbəb olub. Belə ki, qadın xilasedicilərə "kanalizasiya borusunda bir pişik qalıb" deyə müraciət edib.

Borudan çıxarılan körpənin üzərində deşilmiş sellofan olduğu, onun göbək bağının belə hələ düşmədiyi müəyyən edilib. Körpə sağ olsa da, onun bir qolu qırılıb. Polisin tapdığı qadın isə körpəni abort etdirməyə pulu olmadığını, doğuşdan bir neçə dəqiqə sonra onu atdığını deyib.//xezerxeber//

AzNews.az
Top xəbərlər
Bağla X