Rusiya XİN Cənubi Qafqaz siyasətini müzakirə etdi

İyunun 24-də Moskvada Rusiya XİN kollegiyasının iclası keçirilib. İclasda Rusiyanın Cənubi Qafqazdakı siyasətinin vəzifələri müzakirə olunub.


İclasa xarici işlər naziri Sergey Lavrov sədrlik edib.

İclasın gedişində hər bir Cənubi Qafqaz ölkəsi ilə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, regional təhlükəsizliyin aktual məsələləri təhlil edilib.

"Cənubi Qafqaz tarixi olaraq Rusiyanın həyati maraqlarının bağlı olduğu ölkədir. Bizim Qafqaz dövləti kimi ən vacib prioritetlərimiz sülh və sabitliyin təmin edilməsi, mehriban qonşuluğun möhkəmləndirilməsi, bölgənin ciddi iqtisadi potensialından burada yaşayan xalqların rifahı naminə birgə istifadə olunmasıdır", deyə Rusiya XİN-nin məlumatında bildirilir.

AzNews.az