22:17
(077) 610-22-33

“Kleopatra“nın ilk gəlinliyi hərraca çıxarılacaq - FOTO

  • >
434 26 İyun 2013 16:55 | Dünya

"Kleopatra" obrazı ilə ürəkləri fəth edən, Hollivudun ikonası sayılan aktrisa Elizabet Teylorun ilk gəlinlik paltarı Londonda "Kristis" hərracına çıxarılacaq.

8 dəfə ailə həyatı quran Elizabet Teylor həmin gəlinliyi 1950-ci ildə 18 yaşında olarkən Konrad Hiltonla toyunda geyinmişdi.

Həmin vaxt fil dişi rəngli və mirvarilərlə bəzədilmiş korsetli satin paltarın hazırlanmasına 3 ay vaxt sərf edilmişdi və onun üzərində 15 nəfər gecə-gündüz işləmişdi.

"Kristis" hərracının nümayəndəsinin sözlərinə görə, Elizabet Teylorun gəlinliyi 45 min - 75 min dollar aralığında qiymətə satıla bilər.

Qeyd edək ki, 2011-ci ildə 79 yaşında dünyasını dəyişmiş əfsanəvi aktrisa Elizabet Teylor bu gəlinliyi 1960-cı ildə "Beverli Hills" hərracına bağışlamış, 1974-cü ildə bu paltarı alan bir qadın isə onu indi hərraca çıxarmağa qərar verib.//anspress//

AzNews.az
image description
Bağla X