09:10
(077) 610-22-33

Qırğızıstan ABŞ-la imzaladığı sazişi ləğv etdi

  • >
401 26 İyun 2013 20:22 | Dünya

Qırğızıstan Prezidenti Almazbek Atambayev "Manas" Tranzit daşımaları mərkəzi üzrə ABŞ ilə imzalanmış sazişin ləğv edilməsi barədə qanunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə KirTAQ agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

Qırğızıstanın Joqorku Keneşi (parlament) adıçəkilən qanunu iyunun 20-də qəbul edib.

Qanun 2014-cü il iyulun 11-dən qüvvəyə minir.

AzNews.az
Bağla X