Misirdə yeni toqquşmalar: 237 nəfər yaralı

Misirin Əl-Mənsur şəhərində prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasındakı şiddətli toqquşmalarda 1 nəfər həlak olub, 237 nəfər isə yaralanıb.

APA-nın məlumatına görə, qarşıdurma artıq 4 gündür ki, davam edir. İslamçı "Müsəlman qardaşlar" və "Əl-Camaa əl-İslamiyyə" təşkilatlarının nümayəndələri prezidenti qorumaq üçün gücdən istifadə etməyə və qan tökməyə sözə veriblər.

Misir ordusu isə ölkə ərazisindəki strateji obyektləri öz nəzarətinə götürüb.

AzNews.az