ABŞ qırıcısı qəzaya uğradı

ABŞ-da F-16 qırıcısı Arizona ştatının Qlendeyl şəhərində qəzaya uğrayıb.

Təyyarənin qırıntıları düşdüyü əraziyə dağılıb. Təyyarənin 2 pilotu qəzadan əvvəl tullanmağı bacarıblar.

Qəza yerinə xilasedicilər və çoxlu sayda təcili yardım maşını gətirilib. İTAR-TASS –n yaydığı xəbərə görə, qəza nəticəsində zərər çəkən olmasa da, təyyarədən atılan pilotların harada və hansı vəziyyətdə olması haqda dəqiq məlumat yoxdur.

F-16 – dördüncü nəslin ABŞ-ın Hərbi Hava Qüvvələrinin əsas təyyarəsidir. Təyyarənin konstruksiyası 15 kilometrə qədər hündürlükdə saata 1100 kilometrə surətlə uçmağa imkan verir.

Elman
AzNews.az