Kuba ABŞ -la diplomatik əlaqələri bərpa etməyə hazırdır Kuba ABŞ -la diplomatik əlaqələri bərpa etməyə hazırdır

Raul Kastro dünyanı təəccübləndirdi

Kuba ABŞ -la diplomatik əlaqələri bərpa etməyə hazırdır

Dünən Kuba lideri Raul Kastro gözlənilməz bəyanatla
çıxış edib. Aznews.az CNN -ə istinadən məlumat verir ki, Raul Kastro Monkrat
kazarmasının tutulmasının 59-cu ildönümünə həsr olunmuş çıxışında qeyd edib
ki, Kuba ABŞ -la diplomatik əlaqələri bərpa etməyə hazırdır.

Siyasi
araşdırmaçılar Kuba liderinin bu bəyanatını onun 2009-cul ildə Venesuelada
verdiyi bəyanatının məntiqi nəticəsi kimi şərh ediblər.

Xatırladaq ki, Raul Kastro 2009 –cu ildə
Venesuelaya rəsmi səfəri əsnasında Kubanın ABŞ –la dialoqa hazır olduğunu
bildirmişdi.

Şahlar Ruhi AzNews.az