Islamophobia Observatory təşkilatı baş vermiş hadisəni “rasist provokasiya” adlandırıb Islamophobia Observatory təşkilatı baş vermiş hadisəni “rasist provokasiya” adlandırıb

Məscidin qarşısına donuz başı atdılar

Islamophobia Observatory təşkilatı baş vermiş hadisəni “rasist provokasiya” adlandırıb

Fransanın cənubunda məscidin qarşısına donuz başları atılıb.Lenta.ru saytının Agence-France-Presse-ə istinadla yaydığı məlumata görə avqustun 1-i Fransanın cənubundakı Montoban şəhərində məscidin girişində ziyarətçilər iki kəsilmiş donuz başı tapıblar. Məscidin imamı Haji Mohamed bildirib ki, bunu edən adamlar, məscidin qabağına böyük miqdarda donuz qanı da axıdıblar. Fransada antiislam əhval-ruhiyyəsini müşahidə edən Islamophobia Observatory təşkilatı baş vermiş hadisəni "rasist provokasiya" adlandırıb. Montoban şəhərinin müsəlmanları hələ bu ilin mart ayında diqqət mərkəzində idilər. Həmin vaxt Əl-Qaidə ilə əlaqələri olduğu təxmin edilən Mohamed Mera iki hərbi xidmətçini güllələmişdi. Bu hadisədən bir neçə gün sonra Mera qonşu Tuluza şəhərindəki yəhudi məktəbinin üç şagirdini və bir ravvinini güllələmişdi. Özü isə polislərin onun evinə hücumu zamanı öldürülmüşdür. Montoban şəhərinin hüquq-mühafizə orqanları baş vermiş hadisənin Tuluza və Montobanda baş vermiş qətl hadisələri ilə əlaqəsinin olması barədə şərh verməyiblər.

AzNews.az