“Bu şəkil ABŞ prezidenti ilə Türkiyə prezidenti arasında olan isti münasibətlərdən xəbər verir” “Bu şəkil ABŞ prezidenti ilə Türkiyə prezidenti arasında olan isti münasibətlərdən xəbər verir”

ABŞ Obamanın şəklinə aydınlıq gətirdi

“Bu şəkil ABŞ prezidenti ilə Türkiyə prezidenti arasında olan isti münasibətlərdən xəbər verir”

Aznews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı çəkilən şəkildə onun əlində beysbol ağacını tutması Türkiyədə böyük narazılıq yaratdığından Ağ Ev rəsmisi açıqlama verib. Rəsmi Katlin Hayden bildirib ki, burada narazılıq yaradacaq bir şey yoxdur: "Bu ondan xəbər verir ki, baş nazirlə prezident arasında isti münasibətlər var. Barak Obama Türkiyə dövlətinə çox böyük qiymət verir". Hayden vurğulayıb ki, şəkli yaymaqda məqsədimiz iki ölkə arasındakı isti münasibətləri göstərməkdir.
İlkin
AzNews.az