Rus donanması Suriyada aktivləşir


Rusiya Suriya yaxınlığındakı dəniz hərbi hissəsini gücləndirir. Aznews.az rus mətbuatına istinadən məlumat verir ki, Rusiya donanmasının Aralıq dənizindəki hərbi hissəsindən üç dəniz gəmisi Suriya yaxınlığındakı Tartus dəniz hərbi hissəsinə yerləşdirilib. Dövlət rəsmiləri bu yerdəyişmənin məqsədini hələ ki, açıqlamayıb. Xatırladaq ki, bir neçə gün əvvəl Rus Donanmasının komandiri Vladimir Çirkov Tartus dəniz hərbi hissəsinin gücləndiriləcəyini demişdi.

Şahlar Ruhi

Aznews.az