06:14
(077) 610-22-33

Somali piratlarına amnistiya təklifi

  • >
808 3 Avqust 2012 17:15 | Dünya

Somali Hökuməti girov götürülmüş vətəndaşların azad olunduğu, ələ keçirilmiş gəmilərin sahiblərinə geri qaytarıldığı halda iki mindən çox piratı təqib etməyəcəyini bildirib. AzNews.az – ın The Times-a istinadən yaydığı məlumata görə, bu fikirlə Somali prezidenti Şərif Əhməd çıxış edib. BMT-nin bəzi KİV-lərin əlinə keçmiş materiallarına görə, Şərif Əhməd piratların başçılarından biri olan Mohamed Abide Hasanı diplomatik passportla təmin edib. BMT-nin sənədlərinə göstərilib ki, Şərif Əhməd bunu məşhur piratı planlaşdırılmış dəniz qarətindən daşındırmaq üçün edib. Xatırladaq ki, Somali piratları hal-hazırda əsirlikdə 245 nəfər saxlayır. Piratların ümumilikdə, dünya iqtisadiyyatına vurduğu ziyan isə 12 milyard dollar məbləğində hesablanır.

AzNews.az

Vasif


Bağla X