Çurkin BMT-nin qətnaməsini tənqid etdi

Rusiyanın BMT-dəki təmsilçisi Vitaliy Çurkin Suriya ilə bağlı Baş Assambleyda qəbul olunmuş qətnaməni ziyanlı adlandırdı. AzNews.az – ın lenta.ru –ya istinadən yaydığı məlumata görə, rus diplomatı bu sənədin "Annan planı" və Cenevrə razılaşmaları ilə təzad təşkil etdiyini və problemin sülh yolu ilə həll şanslarını aşağı saldığını bildirib. Qeyd edək ki, BMT üzvlərinin böyük əksəriyyəti tərəfindən qəbul olunmuş bu qətnamədə Suriya Hökumətindən ağır hərbi texnikadan istifadəni dayandırmağı və qoşunları şəhərlərdən çıxarmaq tələb olunub. Belorusiya, Çin, Kuba, Venesuela, CAR, Hindistan bu qətnaməyə qarşı çıxış edib. 31 ölkə isə səsvermədə iştirakdan imtina edib.

Vasif

AzNews.az