10:06
(077) 610-22-33

Baş nazir hüquqlarından məhrum edildi

  • >
458 4 Avqust 2012 10:29 | Dünya

AzNews.az – ın Reuters xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Pakistanın Ali Məhkəməsi baş nazir və başqa vəzifəli məmurları toxunulmazlıq hüququndan məhrum edib. Toxunulmazlığın ləğv olunması yeni baş nazir Rəca Pərviz Əşrəfin məhkəmin İsveçrə Hökuməti ilə əməkdaşlıq etmə tələbini yerinə yetirmədiyi halda məsuliyyətə cəlb olunmasını mümkün edib. Xatırladaq ki, İsveçrə Hökuməti prezident Asif Əli Zərdarini korrupsiya cinayətlərində şübhəli bilir. Keçmiş baş nazir Yusif Reza Gilani isveçrəlilərə əməkdaşlıq etmək istəmədiyinə görə vəzifəsini tərk etməli olmuşdur. Yeni baş nazirin isə avqust ayının 8-nə kimi seçim imkanı var, ya İsveçrə ilə əməkdaşlıq edəcək, ya da istefa verməli olacaq.

Vasif

AzNews.az


Bağla X