Rusiya Suriyaya 2 milyon dollar verəcək


Rusiya Suriyada kimyəvi silahın məhv edilməsinə 2 milyon dollara yaxin vəsait ayırcaq.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, daha bir neçə ölkə bu məqsədlə vəsait ayrımağa hazır olduğunu bildirib.

Diplomatik mənbələrin məlumatına görə, Rusiya kimyəvi silahların ölkə ərazisinə gətirilməsinə razılaşmayıb.

Bununla belə Suriyaya mütəxəssislər göndərməyə hazır olduğunu vurğulayıb. Həmçinin Rusiya kimyəvi silahların poliqona daşınması üçün nəqliyyat təminatını da üzərinə götürməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl kimyəvi silahların məhv edilməsinin növbəti mərhələsinin Albaniya ərazisində həyata keçiriləcəyi bildirilmişdi.

Elnur
AzNews.az