18:08
(077) 610-22-33

Dünyanın 10 ən nüfuzlu İT iş adamı - REYTİNQ

  • >
434 1 Noyabr 2013 22:50 | Dünya

Forbes jurnalı The World’s Most Powerful People 2013 reytinqinin növbəti nəşrini dərc edib.


Reytinqdə siyasət, mədəniyyət və din xadimləri ilə yanaşı, çoxlu iş adamı, o cümlədən informasiya texnologiyaları şirkətlərinin nümayəndələri də yer alıblar.

Belə ki, reytinqin altıncı pilləsində Microsoft korporasiyasının təsisçisi Bill Qeyts, 15-ci yerdə ABŞ-ın nəhəng Amazon internet mağazasının rəhbəri Ceff Bezos qərarlaşıb.

Reytinqdə bütün sahələr üzrə ümumilikdə 3 trilyon dollar məbləğində illik mədaxilə nəzarət edən şirkətlərin 27 baş icraçı direktoru yer alıb. Onların əksəriyyəti eyni zamanda Forbes versiyası üzrə dünyanın ən varlı adamları reytinqinin iştirakçısıdır.

AzNews.az ICTnews-a istinadən bildirir ki, hazırkı reytinqdə informasiya texnologiyaları fəaliyyəti ilə məşğul olan iş adamlarının adı bunlardır:

Microsoft korporasiyasının yaradıcısı, Bill & Melinda Gates Foundation xeyriyyə təşkilatının həmsədri Bill Qeyts (ümumi reytinqdə 6-cı yer), Amazon internet mağazasının baş icraçı direktoru (ümumi reytinqdə 15-ci yer), Google şirkətinin həmtəsisçisi Sergey Brin (ümumi reytinqdə 17-ci yer), Google şirkətinin baş icraçı direktoru Larri Peyc (ümumi reytinqdə 17-ci yer), Apple şirkətinin baş icraçı direktoru Tim Kuk (ümumi reytinqdə 19-cu yer), Facebook şirkətinin baş icraçı direktoru Mark Sukerberq (ümumi reytinqdə 24-cü yer), Samsung şirkətlər qrupunun prezidenti Li Kun-Hi (ümumi reytinqdə 41-ci yer), Softbankın baş icraçı direktoru Masayoşi Son (ümumi reytinqdə 45-ci yer), IBM korporasiyasının baş icraçı direktoru Virciniya Rometti (ümumi reytinqdə 56-cı yer), Oracle şirkətinin baş icraçı direktoru Larri Elison (ümumi reytinqdə 58-ci yer).

AzNews.az
Bağla X