İsrail Amerikanın təklifini rədd edib İsrail Amerikanın təklifini rədd edib

Amerika İranı necə vuracaq?

İsrail Amerikanın təklifini rədd edib


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ nüvə danışıqlarının uğursuzluğa uğramasından sonra İrana qarşı yeni planlar hazırlayıb. İsrail mətbuatı bu haqda belə yazır:


1. ABŞ İrana çox saylı mərmilər atacaq. Əsasən nüvə obyektləri və hərbi bazalar vurulacaq.


2. Daha sonra İranın havadan müdafiəetmə sistemləri Liviyada Müəmmar Qəddafi rejiminin dağıdılmasında istifadə edilən B-52 təyyarələri ilə məhv ediləcək.


3. Sonrakı mərhələdə isə İrandan cavab reaksiyası gələrsə, buna uyğun addımlar atılacaq.


4. Bütün bunlar həyata keçdikdən sonra Amerika höküməti İrandan nüvə fəaliyyətinə son qoyulmasını tələb edəcək.


Məlumata görə, ABŞ prezidenti Barak Obamanın məsləhətçisi bu planı İsrailin baş naziri Benyamin Netanyahuya deyib. Baş nazir isə rədd cavabı verib.


İlkin

AzNews.az