Eks-prezident girov müqabilində həbsdən azad edildi


Pakistan paytaxtı İslamabadda keçirilən məhkəm prosesində eks-prezident Pərviz Müşərrəf girov müqabilində azadlığa buraxılıb.

AzNews.az "Geo News"a istinadən xəbər verir ki, məhkəmədə generalın vəkilləri onun ölkədən çıxmayacağına əmin ediblər.

P.Müşərrəf 2007-ci ildə "Qırmızı məscid"də toplaşmış islamçı radikallara qarşı silahlı əməliyyat zamanı 100 nəfərin ölümündə təqsirləndirilir.

Bundan əvəvl təqsirləndirildiyi iki ittihamla bağlı da P.Müşərrəf girov müqabilində azadlığıa buraxılmışdı.

Elnur
AzNews.az