- Köhnə - Dünya
- 6 Avqust 2012 09:41
- 3 760
Çin ABŞ-a susmağı məsləhət gördü
ABŞ Dövlət Departamenti isə Çini adı çəkilən regionda gərginlik yaratmaqda günahlandırdı
Çin KİV-ləri Vaşinqtonun Pekinin Cənubi-Çin dənizi üzrə siyasətinin tənqidini provokasiya adlandırıb. AzNews.az-ın Agence-France-Presse-ə istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamenti Çini adı çəkilən regionda gərginlik yaratmaqda günahlandırıb. Rəsmi Vaşinqton bu açıqlamanı Çinin Filippin və Vyetnanım iddia etdiyi Vudi adasında Sanşa şəhərini tikməyi elan etməsindən sonra vermişdir. Buna cavab olaraq, Çinin Xarici İşlər Nazirliyi ABŞ-dan Çinin suvereliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağı xahiş edib. Avqust ayının 6-sı isə Çində hakim kommunist partiyasının qəzeti "Jenmin jibao" Vaşinqtonu bu məsələdə susmağa çağırıb. Digər bir Çin qəzeti "Çjunqo jibao" ABŞ-ı "soyuq müharibə" düşüncələrindən daşınmamaqda günahlandırıb. Xatırladaq ki, Cənubi-Çin dənizindəki mübahisəli ərazilərə-müxtəlif adalara eyni zamanda Çin, Filippin, Vyetnam, Tayvan, Bruney və Malayziya iddia edir.
Vasif
AzNews.az