07:09
(077) 610-22-33

Nəhəng it balaca qızı parçaladı- FOTO

  • >
1 042 6 Noyabr 2013 15:13 | Dünya

İngiltərənin Lesterşir qraflığındakı Montsorrel şəhərində faciə yaşanıb.
Bu şəhərin sakini Leksi Hadsonu evlərindəki it parçalayıb.

4 yaşlı qızın anası Codi Hadsonun dediyinə görə, qızının qışqırıq səsini eşidəndə qaçaraq evə girib. Hövlnak ana gördüyü mənzərədən şoka düşüb, az qala, huşunu itirib. Çünki onun balaca qızı böyük itin ağzında idi.

Dərhal mətbəxə qaçaraq bıçağı götürən ana Mulen adlı köpəyi bıçaqlamağa başlayıb və qızını zorla itin ağzından alıb.

Hadisə yerinə çağırılmış təcili yardım 4 yaşlı Leksini Nottingemdəki Queen`s Medical Centre-ə aparılıb. Fəqət, həkimlər ağır yaralar almış uşağı xilas edə bilməyiblər.

Milli.az bildirir ki, fransız mastifi cinsindən olan Mulen öldürülüb.

Codi Hadsonun dediyinə görə, qızını itin ağzında görəndə onu bıçaqlayaraq qanına qəltan edib.

"Evə girəndə dəli oldum. İt qızımı əski təki ora-bura yelləyir, parçalayırdı. Onu bıçaqladım ki, qızımı xilas edim. Amma Leksini xilas edə bilmədim", - 30 yaşlı Codi Hadson deyib.

Qonşuların dediklərinə görə, Leksinin atası evə qayıdanda qızını qan içində görüb və huşunu itirib.

Fransız mastifləri dünyanın ən güclü, aqressiv it cinslərindən biridir.

Qədimlərdə Fransada qalaları və qəsrləri qorumaq üçün yetişdirilmiş bu itləri bəzən yük daşımaq üçün arabalara da qoşurdular.

Fransız mastifi cinsindən olan erkək köpəyin çəkisi 52 kq, boyu isə 69 sm-ə çata bilir. Adətən 5-8 il yaşayan bu itlərdə başın bədənə olan nisbəti bütün köpəklərdən böyükdür.

Britaniyada fransız mastifi cinsi 1996-cı ildə Kennel Club-da qeydiyyata alınıb.

AzNews.az
Bağla X