Helikopterdən özünü ataraq intihar etdi


ABŞ-da 60 yaşlı kişi özünü 220 metr yüksəklikdən helikopterdən ataraq intihar edib. AzNews.az Lenta Ru-ya istinadən xəbər verir ki, hadisə 5 noyabrda , axşam Nyuport-Biç şəhərinin yaxınlığında, sahildən aralı, okean üzərində baş verib.
Şəxsi helikopterin pilotu Korbin Strit xəbər verib ki, intihar edən Qreqori Mak Fedden onunla okean üzərində yarım saatlıq uçuş üçün helikopteri sifariş verib. Onlar okean üzərində kifayət qədər yüksəkliyə qalxan kimi sərnişin təhlükəsizlik kəmərini açaraq, özünü kabinədən aşağıya atıb. Pilot ilk olaraq Jon Veyn Airport aeroportunun dispetçerinə xəbər verib və yerə enib. Adamın tullanışını sahildəkilərin çoxu müşahidə edib.
Polis helikopteri tərəfindən tullanan şəxsin yeri müəyyən edilib və bundan sonra hadisə yerinə xilasedicilər cəlb olunub. Mak Fedden sağ olaraq xəstəxanaya çatdırılsa da aldığı zədələrə görə xilas edilə bilməyib.
İntiharın səbəbi hələ ki, dəqiqləşdirilməyib.

AzNews.az