Misir Rusiyadan 4 milyard dollarlıq silah alacaq

AzNews.az RİA NOVOSTİ - yə istinadən xəbər verir ki, bu barədə Fələstinin "Dünya əl-Vətən" mətbu orqanında məlumat yayılıb. Məlumata əsasən Moskva Qahirəyə köhnə tipli silahlara aid müqavilələrə xitam verərək, ən müasir silahları və heç bir məhdudiyyət qoyulmadan təklif edib. Bu məsələni yoluna qoymaq üçün Rusiya müdafiə naziri Sergey Soyqanın 12-15 noyabr tarixlərində Serbiya və Misirə rəsmi səfəri gözlənilir. Qəzet onu da bildirib ki, Misirin bu addımından xəbər tutan ABŞ bir müddət əvvəl Dövlət Katibi Con Kerrini Misirə göndərib ki, rəsmi Misir bu alış- verişdən əl çəksin və yenə də Vaşinqtonla münasibətlərini əvvəlki səviyyəyə çatdırsın. Amma ABŞ Misirə il ərzində yalnız 1.5 milyard həcmində hərbi sursat verə biləcəyini də vurğulayıb.

AzNews.az