Fars körfəzi ölkələri birləşir


Fars körfəzinin sünni monarxiyaları – Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, BƏƏ və Omanın xarici işlər nazirləri sentyabrda Körfəz Birliyinin yaradılması üçün ikinci dəfə bir araya gələcəklər. AzNews.az-ın rus mətbuatına istinadən yaydığı xəbər görə, Şuranın baş katibi Əbül-Lətif əl-Zəyani bildirib ki, xüsusi komitə birliyin yaradılması üçün nəzərdə tutulan planı sona çatdırıb və bu planı xarici işlər nazirlərinə təqdim etməyə hazırdır.

Səudiyyə kralı Abdullah tərəfindən irəli sürülən bu təşəbbüs ilk növbədə İran təhlükəsinin qarşısının alınması üçün nəzərdə tutulub. Monarxiyalar bu birliyi müxalif çıxışlara qarşı da istifadə etməyi planlaşdırıblar. Baxmayaraq ki, bu ölkələrin hər biri birliyin yaradılmasında maraqlıdır. Xatırladaq ki, bu ölkələr arasında gömrük birliyi planının reallaşdırıması 2015-ci ilə qədər təxirə salınıb.


Vasif

AzNews.az