ABŞ UNESCO-da səs hüququnu itirdi

ABŞ son iki ildə UNESCO-ya maliyyə ayırmaqdan imtina etdiyi üçün təşkilatda səs hüququnu itirib.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ bundan sonra UNECSO-da qərarların qəbulunda iştirak edə bilməyəcək. Vaşinqton bu hüququ özünə qaytarmaq istəsə, bir neçə yüz milyon dollar ödəməli olacaq.

Xatırladaq ki, ABŞ 2011-ci ildə Fələstinin UNESCO-ya qəbul olunmasına etiraz əlaməti olaraq təşkilata üzvlük haqqı ödəməkdən imtina edib. Kanada və İsrail də eyni addımı atıblar. ABŞ-ın ianələri UNESCO büdcəsinin 22%-ni təşkil edir. Bu səbəblə təşkilat ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən bəzi proqramların icrasını məhdudlaşdırıb.

AzNews.az