Dəfn edilən adam dirildi Dəhşət - Video

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, adının açıqlanmasını istəməyən bir qadın yaxın adamının məzarını ziyarət etmək üçün San Paulonun Ferraz da Vaskonselos şəhərinin yaxınlığında yerləşən qəbiristanlığa gedib.

Qadın qəbiristanlıqda ikən bir məzardan inilti səsi gəldiyini eşidib. Başını səsin gəldiyi tərəfə çevirən qadın bir məzar torpağının arasından qol və başın qalxdığını görüb.
Əvvəlcə şok keçirən qadın qol və başın çölə çıxdığını görəndə qəbiristanlıq işçilərinə məlumat verib. Hadisə yerinə gələn xilasedici qruplar məzardan çıxmağa çalışan adamı yarı huşsuz halda xilas edərək xəstəxanaya aparıb.
Polis sağlamlıq vəziyyəti aydın bilinməyən adamın böyük ehtimalla ölü sanılaraq basdırıldığını bildirib.




AzNews.az