Səfir oteldə öldürüldü


Somalidə "Məkkə-i Mükerreme" otelinə kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb.

Ölənlər arasında Somalinin Almaniyadakı səfiri Abdi Tifo da var.

Təhlükəsizlik orqanlarının məlumatına görə, hadisə bomba qoyulmuş avtomobilin partlaması nəticəsində baş verib. Otelə girmək istəyən şübhəli səxs saxlanılıb və sorğu-suala tutulub. Bu zaman otelin qarşısında park halında dayanan avtomobildə partlayış baş verib.
Hələlik partlayışın məsuliyyətini heç kəs boynuna götürməyib.

Elman
AzNews.az