13:43
(077) 610-22-33

Mövlananın məzarının yüz illik sirri - FOTOSİLSİLƏ

  • >
970 9 Noyabr 2013 19:00 | Dünya

Hər il minlərlə insanın ziyarət etdiyi Konyadakı Mövlana muzeyinin yüz illik sirri var.

Əvvəllər Mövlana dərgahı olaraq bilinən və 1926-cı ildən bəri fəaliyyət göstərən muzey "Mövlana türbəsi" kimi də tanınır.

19-cu əsrin sonuna qədər muzeyin tikintisi başa çatmayıb. Osmanlı sultanlarının Mövləvi təriqətindən olması səbəbindən türbəyə xüsusi diqqət göstərilib. Mövlananın məzarı ilə bağlı o zamandan çoxlu rəvayət var.

Bunlardan biri də odur ki, Mövlananın əsl məzarının olduğu əraziyə indiyə qədər ancaq bir nəfər daxil olub.

Osmanlı sultanı 4-cü Murad məzara düşmək istəsə də, o dövrün alimləri, din xadimləri buna icazə verməyib. Bundan sonra Sultan təsbehini məzarın açıq qapısından aşağı tullayıb. Təsbehi alması üçün aşağı enən 7 yaşlı uşaq o zamandan bəri Mövlananın məzarını görən yeganə şəxs olub.

Deyilənə görə, məzara düşdükdən sonra uşaq ömrünün sonuna kimi danışa bilməyib, nitqi tutulub.

Bundan sonra məzar yeri bağlanaraq möhürlənib və yüz illərdir ki, sirri çözülmür.

Elnarə
AzNews.az
image description image description image description image description image description image description
Bağla X