Avropa İttifaqı 3 milyon avro ayırdı

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Filippində qasırğadan ziyan çəkənlərə Avrora İttifaqı 3 mln. avro pul ayırdı.

Avropa komissiyası Filippində dağıdıcı "Xayyan" qasırğasından ziyan çəkənlərə yardım üçün 3 milyon avro ayırıb.

İnkişaf məsələləri üzrə komissar Kristalin Georgiyevin məlumatına görə , bu məbləğ ən çox ziyan çəkən payonların əhalisinin ərzaq təminatı, o cümlədə içməli su və dərman preparatları ilı təminatı üçün nəzərdə tutulub.

Bundan əlavə, Avropa komissiyası fəlakətin nəticələrini araşdırmaq üçün Filippinə öz mütəxəssislərini də göndərib. Onlara Avropa İttifaqı ölkələrinin əlavə yardımına ehtiyacın olub olmamasını öyrənmək tapşırılıb.

Xatırladaq ki, Filippində dəhşətli "Xayyan" qasırğası nəticəsində 10 mindən yuxarı adam ölüb. Qasırğanın əsas zərbəsi şərqi Leyte və Samar adalarına dəyib. Burada bir dənə də olsun salamat bina qalmayıb. Demək olar ki, bütün yollar dağılıb, sahilyanı ərazilər su altında qalıb.

Rusiya mətbuatı onu da bildirir ki, təhlükə zonasında 110 - 150 nəfər rusiyalı ola bilər.

AzNews.az