16:01
(077) 610-22-33

Türkiyə İraqla sərhədləri bağladı

  • >
790 7 Avqust 2012 09:37 | Dünya

Bu məqsədlə sərhəddə 7 yeni nəzarət buraxılış məntəqəsi yaradılıb


Türkiyə terorla mübarizə məqsədiylə sərhədlərini iraq vətəndaşlarının üzünə bağladı. Bu qərarı Hakkari valiliyi verib və səbəb kimi Kürd terorçuların bir həftə öncə 8 təhlükəsizlik əməkdaşını qətlə yetirməsini göstərib. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, artıq bu məqsədlə sərhəddə 7 yeni nəzarət buraxılış məntəqəsi yaradılıb və Oktayabr ayının 6-na kimi vətəndaşların sərhədi keçməsi yalnız xüsusi icazə ilə mümkün olacaq. Sərhədi qanunsuz keçmək istəyənlərə qarşı isə sərt tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, Hakkari İraqla sərhəd bölgədir və PKK terorçuları ölkəyə ən çox bu istiqamətdən keçirlər. Bundan əlavə adı geçən bölgədə artıq 2 həftədir ki, hərbi əməliyyatlar aparılır və bu məqsədlə türk hərbi hava qüvvələri də daxil olmaqla beş min hərbiçi əməliyyatlara cəlb edilib.


Sadiq

AzNews.az

Bağla X