Suriyaya hava reysləri dayandı

"Aeroflot" aviaşirkəti Moskva – Dəməşq reysini dayandırdı. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb adı çəkilən ölkədə qızğın döyüşlərin getməsi və eləcə də aviabiletlərə təlabatın kəskin aşağı düşməsidir.
Qeyd edək ki, "Aeroflot" Suriya reyslərini dayandıran sonuncu Avropa aviaşirkətidir. Bundan əvvəl oxşar qərarı Fransanın "Air France" və İtalyanın "Alitalia" aviaşirkətləri vermişdi.

Sadiq
AzNews.az

Copyright © 2024