İngilis bayrağına hörmətsizlik – HADİSƏ

Mançester şəhərində Böyük Britaniyanın dövlət bayrağına edilən hörmətsizlik ölkədə etiraza səbəb olub.


AzNews.az-ın yerli mətbuata istinadən verdiyi xəbər görə, Mançester bələdiyyəsi Mərkəz Kitabxanasının damına asılan bayrağın səhv tikildiyi bəlli olub. Bayrağın bu vəziyyətdə tikildiyi isə "Sülh günü" münasibətilə keçirilən tədbirdə müharibə veteranları tərəfindən aşkar olunub.

Belə ki, dövlət bayrağı səhv kəsilib və nəticədə gülünc vəziyyət alınıb.

Etirazlardan sonra isə kitabxana rəhbərliyi ölkə ictimaiyyətindən üzr istəyib.

Elcan Məmmədov
AzNews.az