19:03
(077) 610-22-33

Kerri yeni sanksiyaların əleyhinə çıxış etdi

  • >
676 14 Noyabr 2013 08:20 | Dünya

ABŞ dövlət katibi Con Kerri Konqresi xəbərdarlıq edib ki, İrana qarşı yeni sanksiyaların tətbiqi Tehranın nüvə proqramı üzrə danışıqlara zərər vura bilər. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Kerri bəyan edib ki, Tehran nüvə silahını hazırlamasa, ABŞ və digər dünya dövlətləri İrana qarşı sanksiyaları zəmanət müqabilində zəiflədə bilən razılaşmanı bağlamağa hazırdır.

Lakin, dövlət katibinin sözlərinə görə, əgər yeni sanksiyalar tətbiq olunsa və İran onlara cavab versə, bu zaman danışıqlar pozula bilər.
Danışıqların növbəti raundu noyabrın 20-də başlayacaq.

AzNews.az
Bağla X