00:40
(077) 610-22-33

ABŞ- da Allah evi yandırıldı

  • >
1 014 7 Avqust 2012 13:30 | Dünya

Yerli hökumət məscidin qəsdən yandırıldığını düşünür


ABŞ-ın Missuri ştatında məscid yanıb. Yerli hökumət yanğının qəsdən törədildiyi qənaətindədir. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, yanğın səhər saatlarında baş verib. Yanğın zamanı məsciddə olan dindarlar evakuasiya olunduğundan xəsarət alan olmayıb.Verilən xəbərə görə yanğın hadisəsinin araşdırılmasına Federal Təhqiqat Bürosu da cəlb olunub və büro yanğını törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsinə yardımcı olacaq şəxsə 15 min dollar mükafat vəd edib. Qeyd edək ki, eyni məscidi bir ay bundan molotov kokteyli ataraq yandırmağa cəhd göstərsələrdə yanğının qarşısı alınıb.
Sadiq
AzNews.az







Bağla X