18:38
(077) 610-22-33

Liviyada yenə qırğın - 10 ölü, 15 ölüm ayağında

  • >
612 15 Noyabr 2013 22:00 | Dünya


Liviyanın paytaxtında dinc nümayişçilərə Misurat şəhərindən olan hərbi qruplaşmalardan birinin döyüşçüləri tərəfindən açılan atəş nəticəsində ən azı 10 nəfər ölüb, 20 nəfər isə yaralanıb ki, onlardan da 15 - i ölümcül vəziyyətdədir. Bu barədə İnterfax ərəblərin "Əl - Ərəbiyyə" telekanalına istinadən xəbər yayıb.
Xəbərə görə, dinc vətəndaşlar ənənəvi cümə ibadətindən sonra Tripoliyə tərəf istiqamət alıblar. Bu zaman Misuratdan olan və xüsusi idarə olunan silahlılar onlara Tripolini tərk etməyi əmr ediblər. Nümayişçilər yollarına davam etdikdə isə onlara atəş açılıb.

AzNews.az
Bağla X