22:14
(077) 610-22-33

Emomali Rəhmonun andiçmə mərasimi keçirildi

  • >
8 609 16 Noyabr 2013 11:55 | Dünya

Bu gün Düşənbədə dördüncü dəfə Tacikistan prezidenti seçilən Emomali Rəhmonun andiçmə mərasimi keçirilib.

Noyabrın 6-da keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı dövlət başçısı yenidən qalib gələrək səslərin 84,23%-ni toplayıb.

İnauqurasiya mərasimində çıxış edən prezident E.Rəhmon bəyan edib ki, qarşıdakı 7 illik prezidentlik dövründə ölkə əhalisinin yoxsulluq səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması, ölkənin enerji asılılığının azaldılması və inkişaf etmiş dövlətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

"Bizim xarici siyasət vektorumuz dəyişməz qalır və Tacikistan qarşıdakı 7 ildə də "açıq qapı" siyasətini davam etdirəcək", - yenidən prezident seçilən E.Rəhmon vurğulayıb.

"Qarşıya üç strateji məqsəd qoymuşuq: ərzaq və enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat izolyasiyasından çıxma və tədricən bunlara nail olmağa çalışırıq", - deyə dövlət başçısı qeyd edib.(apa)
Bağla X