Buna baxmayaraq, neftin qiyməti 90.82 dollardan 92 dollara qalxıb Buna baxmayaraq, neftin qiyməti 90.82 dollardan 92 dollara qalxıb

Bəşər Əsəd hələ ölməyib

Buna baxmayaraq, neftin qiyməti 90.82 dollardan 92 dollara qalxıb


Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı ilə birlikdə öldürülməsi xəbərinin yalan olduğu ortaya çıxdı. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məsələylə bağlı, hətta Rusiya Daxili İşlər Nazirliyindən açıqlama da gəlib. Nazirlik məlumatın yalan olduğunu, həmin məlumatın nazirin adından saxta profil ilə ötürüldüyünü bildirib.Xatırladaq ki, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltse öz şəxsi twitter səhifəsində Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı ilə birlikdə öldürülməsi xəbərini paylaşıb. Hətta paylaşmadan yarım saat sonra, ABŞ xam neftinin barrel qiyməti 90.82 dollardan 92 dollara qalxıb.

Mirvari Nəcəf
AzNews.az

Copyright © 2024